Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.”Neftçi” İdman Klubunun boksçusu Tural Sarıyev (51 kq) yarışın mükafatçıları arasında yer alıb. İdmançımız erməni döyüşçü Hayk Alaberkyan ilə həlledici final döyüşündə son anda qalibiyyəti əldən verib və gümüş medalla kifayətlənib.Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.