Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında yunan-Roma güləşi yarışlarına yekun vurulub.”Neftçi” İdman Klubunun təmsilçiləri bu növdə festivalın iki medalına sahib çıxıblar. İdmançılarımızdan Sərxan Məmmədov (130 kq) qızıl medal uğrunda qarşılaşmada rusiyalı Azamat Gegkiyevlə üz-üzə gəlib. Rəqibinə 2:4 hesabı ilə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.Digər güləşçimiz Xasay Həsənli (77 kq) isə üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Aleksey Qavrini 9:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.