Türkiyənin Edirnə şəhərində uşu kunq fu üzrə 6-cı açıq Balkan çempionatı keçirilib. Yarışda 14 ölkədən 540 idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi” İdman Klubunun milli komandamızın heyətində yer alan təmsilçisi Əbülfəz Yaqubov çempionatın mükafatına layiq görülüb. Yeniyetmələr arasında 52 kiloqram çəkidə çıxış edən idmançımız yarımfinal döyüşündə zədə səbəbindən mübarizəni dayandırıb və yarışı bürünc medalla başa vurub.Qeyd edək ki, uşuçularımız sentyabr ayında Gürcüstanda keçiriləcək “Batumi open” turnirində də qüvvələrini sınayacaqlar.