“Neftçi” İdman Klubunun parataekvondoçuları Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında iki medala yiyələniblər. İdmançılarımızdan yalnız həlledici finalda məğlubiyyətə uğrayan Röyalə Fətəliyeva (52 kq, K44) nüfuzlu yarışın gümüş medalına sahib olub. Sabir Zeynalov (58 kq, K44) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.Qeyd edək ki, daha əvvəl klubumuzun paracüdoçuları qitə çempionatını 7 medalla başa vurublar. Onlardan Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.