“Neftçi” İdman Klubunun atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında qızıl medala yiyələnib. Təmsilçimiz pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Xatırladaq ki, Leyli Əliyeva ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş dünya birinciliyində bürünc medala layiq görülmüşdü.