“Neftçi” İdman Klubunun paraüzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatını 5 medalla başa vurublar. Paralimpiyaçılarımız mundialda 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar. Təmsilçilərimizdən Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzməkdə qızıl, eyni məsafəyə arxasıüstə üzməkdə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə “butterfly” üsulla üzməkdə bürünc medal əldə edib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.Eyni zamanda, Roman Saley və Vəli İsrafilov Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.