Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda II mərhələnin cavab görüşləri başa çatıb.”Neftçi” İdman Klubunun şahmatçısı Teymur Rəcəbov adını III mərhələyə yazdırıb. İlk görüşdə heç-heçə edən təmsilçimiz macar Viktor Erdoşla cavab oyununda uğur qazanıb. Qara fiqurlarla mübarizə aparan Teymur Rəcəbov rəqibi təslim olmağa məcbur edib. İki görüşün nəticəsinə əsasən 1,5-0,5 hesablı qələbə qazanan şahmatçımız növbəti mərhələyə adlayıb.