“Neftçi” İdman Klubunun paraüzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında qızıl medala sahib olub. Paralimpiya çempionu 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1:07.08 saniyə nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Vəli İsrafilov bununla da Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.