Su İdmanı Sarayında keçirilən çimərlik voleybolu üzrə Azərbaycan çempionatının II mərhələsinə yekun vurulub.Kişilərin həlledici qarşılaşmasında “Neftçi-1” (Vüqar Bayramov-Ülvü Rəcəbli) və “Neftçi-2” (Vadim Kutukov-Heydər Məmmədli) komandaları üz-üzə gəlib. Bu oyunda 2:0 hesabı ilə qalib gələn “Neftçi-1” komandası yarışın qızıl medalını qazanıb, “Neftçi-2” gümüş medala layiq görülüb. “Neftçi” (Tural Həsənli-Cavid Süleymanov) komandasına qalib gələn “Azərreyl” (Elmin Alışanov-Asif Əliyev) isə çempionatda üçüncü yeri tutub.