“Neftçi” İdman Klubunun paraüzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb. Üçqat paralimpiya çempionu 100 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə 58.73 saniyə nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.Qeyd edək ki, Raman Saley daha əvvəl 100 metr məsafəyə arxasıüstə üzmə növündə gümüş medala sahib olmuşdu.