“Neftçi” İdman Klubunun cüdoçusu Leyla Əliyeva Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasında Azərbaycana ilk medalı qazandırıb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan xanım idmançımız nüfuzlu yarışın bürünc medalına sahib olub.Xatırladaq ki, Universiadada Azərbaycanı 20 ali təhsil müəssisəsindən 87 atlet 16 idman növündə təmsil edir.Qeyd edək ki, avqustun 8-dək davam edəcək mötəbər yarışda 113 ölkədən 6 500 tələbə idmanın 18 növü üzrə mübarizə aparacaq.