Şağan Olimpiya İdman Kompleksində uşu idman növü üzrə “Heydər Əliyev İli”nə həsr olunmuş “Arktia” klubunun açıq birinciliyi keçirilib. Yarışda 25 komandanın tərkibində 240 idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi” İdman Klubunun yetirməsi Əbülfəz Yaqubov (52 kq) turnirdə inamla çıxış edərək mükafatçılar arasında yer alıb. İdmançımız bütün görüşləri qələbə ilə sona çatdırıb və açıq birinciliyin qızıl medalını qazanıb.Qeyd edək ki, Əbülfəz Yaqubov avqustun 14-17 də Türkiyənin Edirnə şəhərində keçiriləcək uşu üzrə altıncı “Balkan open” turnirində ölkəmizi təmsil edəcək.