Qax şəhərində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadası başa çatıb. Qax Olimpiya İdman Kompleksində təşkil olunan yarışda A qrupunda 262, B qrupunda isə 224 şahmatçı olmaqla, ümumilikdə 45 komandadan 486 şahmatçı qalib adı uğrunda mübarizə aparıb.On bir turdan ibarət İsveçrə sistemi üzrə keçirilən turnirdə “Neftçi” İdman Klubunun B qrupunda təmsil olunan yetirməsi Mehri Fətullalı Respublika Şahmat Olimpiadasının gümüş medalına layiq görülüb.Qeyd edək ki, Mehri Fətullalının hər iki valideyni neft sənayesində çalışır.Onu da əlavə edək ki, Qax şəhərində Respublika Şahmat Olimpiadasına paralel olaraq Azərbaycan Şahmat Federasiyası Hakimlər Komissiyasının təşkilatçılığı ilə “Respublika dərəcəli hakim” adı üçün hakimlik seminarı keçirilib. Seminarda müasir şahmat qaydalarının şərhi və praktiki tətbiqi ilə bağlı mühazirələr oxunub.Sonda “Neftçi” İdman Klubunun şahmat üzrə məşqçisi Solmaz Şıxəliyeva imtahanı müvəffəqiyyətlə verərək sertifikat əldə edib.