“Neftçi” komandası 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Kosovanın paytaxtı Priştinadakı mərhələsində qrup lideri kimi dörddəbir finala yüksəlib.D qrupunda yer alan təmsilçimiz ilk matçda Niderland yığmasını 11:6, daha sonra Kosovo seçməsini 20:9 hesabı ilə məğlub edib.Komandamız bu gün dörddəbir finalda Macarıstan təmsilçisi “Dyor”la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.Qeyd edək ki, “Neftçi” daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərinin qalibi olub.