![](https://static.neftchi.org/uploads/1688399379_whatsapp-image-2023-07-03-at-23.47.jpg)
“Neftçi” 3×3 basketbol üzrə dünya qadın seriyasının İsraildə keçirilən Netanya mərhələsində finala yüksəlib. Komandamız yarımfinalda İsrail millisi ilə qarşılaşıb.Rəqibini 19:15 hesabı ilə məğlub edən “Neftçi” komandası finala vəsiqəni təmin edib.Qeyd edək ki, təmsilçimizin finalda rəqibi güclü Çin millisi olacaq.