Xəbər verdiyimiz kimi, İspaniyanın Santyaqo de Kompostela şəhərində iyirmi yaşadək güləşçilər arasında (U-20) keçirilən Avropa birinciliyi sona yetib.”Neftçi” İdman Klubunun yığma komandalarımızın heyətində təmsil olunan güləşçiləri böyük əzmkarlıq nümayiş etdirərək, ümumilikdə mötəbər yarışın 8 medalına (2 qızıl, 2 gümüş, 4 bürünc) sahib olublar.Yunan-Roma güləşçiləri arasında Elmir Əliyev (55 kq) Avropa çempionu olub. Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (63 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.Qadın güləşində Əsmər Cankurtaran (50 kq) və Ruzanna Məmmədova (55 kq) bürünc medala yiyələniblər.Sərbəst güləşçilərin mübarizəsində Ceyhun Allahverdiyev (61 kq) qızıl, Yusif Dursunov (125 kq) isə gümüş medala layiq görülüb.