“Neftçi” İdman Klubunun parataekvondoçusu Əbülfəz Abuzərli (80 kq, K44) Fransanın Montarji şəhərində təşkil olunan açıq Avropa çempionatında əzmlə mübarizə apararaq fəxri kürsüyə qalxıb. Paralimpiyaçımız qitə çempionatının bürünc mükafatına layiq görülüb.Xatırladaq ki, daha əvvəl klubumuzun digər təmsilçisi Sabir Zeynalov (58 kq, K44) da eyni uğura imza ataraq yarışın bürünc medalını qazanmışdı.Qeyd edək ki, çempionat Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.