Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışına start verilib.”Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan təmsilçilərindən Ruslan Həsənov qrup mərhələsində əzmlə mübarizə apararaq pley-offa yüksəlib. Qrupda dörd qələbə qazanan qılıncoynadanımız birbaşa ən güclü altmış dördlüyə vəsiqə qazanıb. Ruslan Həsənov bu mərhələdə isveçrəli Hadrien Favre ilə üz-üzə gələcək.