Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tiranada on yeddi yaşadək güləşçilər arasında (U-17) keçirilən Avropa birinciliyinə yekun vurulub.”Neftçi” İdman Klubunun yığma komandalarımızın heyətində yer alan təmsilçiləri yarışda böyük əzmkarlıq nümayiş etdirərək 7 medala (4 qızıl, 1 gümüş, 2 bürünc) sahib olublar.Sərbəst güləşçilərimizdən Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) bütün görüşlərdən qalib ayrılaraq Avropa çempionu adını qazanıblar. İsmayıl Rəhimli (71 kq) isə bürünc medala yiyələnib.Qadın güləşçimiz Ruzanna Məmmədova (52 kq) yalnız həlledici final qarşılaşmasında məğlub olub və qitə birinciliyinin gümüş medalına layiq görülüb.Yunan-Roma güləşçimiz Mahir Qurbanlı (110 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.