Energetika Nazirliyinin təşkilatçılığı ilə energetika sahəsində fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında “Heydər Əliyev İli”nə həsr olunmuş şahmat turnirinin startı verilib. Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən yarışda Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin komandaları iştirak edirlər. İki turdan ibarət olan və 30 nəfərin qatıldığı yarışda iştirakçılar fərdi şəkildə mübarizə aparacaqlar.Xatırladaq ki, SOCAR komandasının heyətində Şahid Şəmilov, Zakir Tağızadə, Mirvari Məmmədova, Nuhi Mirzəyev və Azad İbrahimov təmsil olunurlar.Qeyd edək ki, turnirin final oyunu və mükafatlandırma mərasimi iyunun 10-da keçiriləcək.