İyirmi üç yaşadək idmançılar (U-23) arasında keçirilən cüdo üzrə Bakı şəhər çempionatı sona yetib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində gerçəkləşən turnirdə 10 çəki dərəcəsi üzrə 195 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçilərindən Nihad Tarquliyev (81 kq) bütün görüşləri qələbə ilə başa vuraraq çempionluq sevinci yaşayıb. Eyni çəkidə çıxış edən Camal Bağışov və Məryəm Mehdiyeva (63 kq) gümüş medala layiq görülüblər. Klubumuzun digər yetirmələri – Çingiz Fəttahov (73 kq), Elmar Mansurov (+ 100), Aysel Səfiyeva (63 kq) və Lalə Yusufova (70 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.