Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Qran-pri turnirinə start verilib.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan cüdoçuları yarışın ilk günündə iki medal qazanıblar. Cüdoçularımızdan Yaşar Nəcəfov (52 kq) üçüncü yer uğrunda görüşdə türkmənistanlı Hakim Ağaməmmədovla üz-üzə gəlib. İdmançımız cərimə xalları hesabına qalib gələrək turniri üçüncü pillədə başa vurub.Zərif cinsin nümayəndələri arasında isə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Gültac Məmmədəliyeva finala qədər inamla irəliləyib. Həlledici görüşdə neytral statusda çıxış edən Alesya Kuznetsovaya məğlub olan xanım cüdoçumuz turnirin gümüş medalına layiq görülüb.