Mayın 26-da “Neftçi İdman Klubu” “Heydər Əliyev İli”nə həsr olunmuş neft, qaz və kimya sənayesinin işçiləri arasında səmti müəyyən etmə üzrə turizm yarışı keçirdi. Bakı Atıcılıq Mərkəzi və Xocəsən gölünün arasındakı meşə zolağında təşkil olunan turnirdə 11 komandanın tərkibində 70-ə yaxın iştirakçı mübarizə aparırdı.Yarışın keçirilməsində əsas məqsəd səmti müəyyən etmə idman növünü inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və təbliğ etmək, eləcə də “Neftçi İdman Klubu”nun yığma komandasının üzvlərini müəyyən etmək idi.Klubun keçirdiyi yarışda iştirakçılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparırdılar. Kişilər arasında Pərviz Abbasov (“Qaz İxrac” İdarəsi) qalib adını qazandı. Ceyhun Əsgərov (EKOL) 2-ci, Samir Qasımzadə (Heydər Əliyev adına Neft Emalı Zavodu) isə 3-cü yeri tutdu.Qadınların yarışında Rəna Əliyeva (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) liderliyə yüksəldi. Ülviyyə Zamanova (Geofizika və Geologiya İdarəsi) 2-ci, Aysel Bəndəliyeva (“SOCAR Downstream Management”) isə 3-cü oldu.Komanda yarışlarında Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası turnirin qalibi adını qazandı. Geofizika və Geologiya İdarəsi 2-ci pillədə qərarlaşdı. “SOCAR Downstream Management” komandası isə 3-cü yerə çıxdı.Ümumi komanda hesabında və şəxsi yarışlarda (kişilər və qadınlar) 1-ci, 2-ci və 3-cü yerləri tutmuş iştirakçılara “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və xatirə hədiyyələri təqdim olundu.