“Neftçi İdman Klubu”nun paraüzgüçüsü Vəli İsrafilov Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyası yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb. Təmsilçimiz turnirdə 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarında 2 dəqiqə 25.93 saniyəlik nəticə ilə gümüş medala sahib olub.