Heydər Əliyev adına Hərbi İnstitutun idman kompleksində “Heydər Əliyev İli”nə həsr olunmuş kikboksinq üzrə respublika turniri keçirilib.”Neftçi İdman Klubu”nun yetirmələri də yarışda qüvvələrini sınayıblar. Kişilər arasında təşkil olunan yarışda kikboksçularımız bir dəst medal qazanıblar. İdmançılarımızdan Amid Hüseynov (91 kq) bütün döyüşləri qələbə ilə sona çatdıraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ramiz Məmmədov (60 kq) ikinci, Hümmət Tağızadə (67 kq) isə üçüncü yeri tutub. Yeniyetmələrin mübarizəsində isə Əbülfəz Yaqubov (51 kq) turnirin gümüş medalına layiq görülüb.