Azərbaycan Basketbol Liqasında XXV turun növbəti oyunu keçirilib.Şəki Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə “Neftçi İdman Klubu” yerli “Olimpik Şəki” ilə qarşılaşıb. Rəqibindən daha üstün oyun nümayiş etdirən komandamız 112:78 hesablı qələbə qazanıb.Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Davante Kuper (27 xal, 9 ribaund), “Neftçi İdman Klubu”ndan isə Yuri Kondrakov (39 xal, 9 asist) olub.