Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin ikinci mərhələsində qrup oyunlarının son turuna start verilib.B qrupunda təmsil olunan SOCAR komandası bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi ilə qarşılaşıb. Böyükşor bulvarındakı “Azfar” stadionunda baş tutan görüş gərgin mübarizə şəraitində keçib. İki güclü komandanın qarşılaşdığı matç 1:1 hesablı bərabərliklə başa çatıb. Təmsilçimizin heyətində Ramin İsmayılov möhtəşəm qola imza atıb.Xatırladaq ki, qrupun əvvəlki turlarında komandamız “Azərişıq” və Kənd Təsərrüfatı Nazirliyinin kollektivlərini məğlubiyyətə uğradıb.Beləliklə, SOCAR komandası üç oyundan 7 xal toplayaraq qrup lideri kimi dörddəbir finala vəsiqə qazanıb. SOCAR aprelin 16-da bu mərhələnin oyunları çərçivəsində A qrupunun ikincisi olan Daxili İşlər Nazirliyinin komandası ilə üz-üzə gələcək.Qeyd edək ki, minifutbol turnirinə mayın 6-da yekun vurulacaq.