Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatına yekun vurulub.”Neftçi İdman Klubu”nun yetirməsi Turan Bayramov (74 kq) rəqiblərinə göz açmağa imkan verməyib. Belə ki, pəhləvanımız bütün rəqiblərinə vaxtından əvvəl qalib gələrək mötəbər yarışın finalına yüksəlib. İdmançımız bu yoda bolqarıstanlı Nikolay Dimitrovu (11:0), fransalı Maqamed Deliyevi (11:0) və rumıniyalı Kriştian Bironu (10:0) tam üstünlüklə məğlub edib. Turan Bayramov həlledici görüşdə moldovalı Vasile Diakonla üz-üzə gəlib. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibinə qalib gələn güləşçimiz Avropa çempionu olub.Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən İslam İlyasov (97 kq) qızıl, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal əldə edib. Yunan-Roma güləşçilərimizdən Elmir Əliyev (60 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.