Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb.Voleybol Mərkəzində təşkil olunan XII turun ilk qarşılaşması MOİK və “Neftçi İdman Klubu” komandaları arasında olub. Matçın qalibi tay-brekdə müəyyənləşib. “Neftçi İdman Klubu” əsas mərhələdəki son matçında 3:2 (25:16, 14:25, 21:25, 25:22,15:11) hesablı qələbə qazanıb.Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Murov” dördüncü yerin sahibi MOİK-lə, ikinci olan “Xarı bülbül” isə üçüncü yeri tutan “Neftçi İdman Klubu” komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsi iki qələbəyə, final raundu isə üç qələbəyə kimi oynanılacaq.