Misirin İsgəndəriyyə şəhərində paracüdoçular arasında keçirilən Qran-pri turniri davam edir.”Neftçi İdman Klubu”nun təmsilçiləri yarışın daha iki qızıl medalına sahib olublar. Doxsan kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat paralimpiya çempionu İlham Zəkiyev və Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi Xanım Hüseynova (70 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Xatırladaq ki, daha əvvəl klubumuzun paracüdoçusu Namiq Abaslı (73 kq) da mötəbər turnirin qalibi olub.