Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirinə yekun vurulub.Yarışın son günündə “Neftçi İdman Klubu”nun daha bir yunan-Roma güləşçisi fəxri kürsüdə yer alıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Nihat Məmmədli yalnız həlledici final görüşündə məğlub olub və turnirin gümüş medalına sahib olub.Xatırladaq ki, daha əvvəl klubumuzun təmsilçilərindən yunan-Roma güləşçisi Taleh Məmmədov qızıl medal qazanıb. Sərbəst güləşçilərimizdən Hacı Əliyev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) isə bürünc medala layiq görülüb.