SOCAR-ın dəstəyi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin xanım işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş voleybol turnirinə yekun vurulub.Beş gün davam edən və dairəvi sistem üzrə keçirilən yarışın qalibi “SOCAR Downstream” komandası olub. Sosial İnkişaf İdarəsi ikinci, “Azərkimya” İstehsalat Birliyinin komandası isə üçüncü yeri tutub.Qalib və mükafatçı komandalara “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri təqdim olunub.