Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında təşkil olunan millətlər kuboku davam edir. Yarışın beşinci – sonuncu günündə final döyüşləri keçirilir.”Neftçi İdman Klubu”nun xanım boksçuları turnirdə uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medala yiyələniblər. Təmsilçilərimizdən Emili Rzayeva (66 kq) gənclərin yarışında həlledici final qarşılaşmasında Avropa çempionu, serbiyalı Anastasiya Boskoviçdən güclü olub. O, rəqibi üzərində 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanaraq qızıl medala sahib olub. Digər boksçumuz Anaxanım İsmayılova (50 kq) isə böyüklər arasında üçüncü yeri tutub.Qeyd edək ki, yarışda13 ölkədən 100-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb.