Qazaxıstanın Karaqanda şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. Yarışda Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan dəri əlcək ustaları turnirdə inamla çıxış edərək 4 medala (1 qızıl, 1 gümüş, 2 bürünc) sahib olublar.Boksçularımızdan 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə finalda yerli idmançı Timur Esxojinlə üz-üzə gəlib. Təmsilçimiz rəqibini məğlubiyyətə uğradıb və beynəlxalq turnirin qızıl medalını qazanıb. Finala vəsiqə qazanmış digər boksçumuz Nəbi İsgəndərov (67 kq) isə həlledici görüşə qazaxıstanlı Ruslan Madiyevə məğlub olaraq gümüş medala layiq görülüb. Tural Sarıyev (48 kq) və Malik Həsənov (63,5 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.