“Neftçi İdman Klubu”nun parataekvondoçusu Sabir Zeynalov (58 kq, K44) Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Qran-pridə bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olub.Qeyd edək ki, bu yarış Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.