Serbiyanın paytaxtı
Belqradda keçirilən kikboksinqin WAKO versiyası üzrə XX dünya çempionatı başa
çatıb.Azərbaycan
kikboksçuları çempionatın 1-i qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla 7 medalını
qazanıblar.Yığma komandamızın əldə
etdiyi bu medallardan 4-ü “Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur.
Kikboksçularımızdan 2-si – Anar Məmmədov (51 kq) və Ehram Məcidov (+94 kq)
finala qədər irəliləyiblər. Təəssüf ki, onların hər ikisi həlledici mərhələdə məğlub
olublar. K-1 üslubunda döyüşən Anar Məmmədov ukraynalı Aleksey Serdyuka,
kik-layt üslubunda çıxış edən Ehram Məcidov isə Polşa təmsilçisiMixal Blaçeviçə yenilib. Lou-kik üslubunda mübarizə aparan
Çingiz Əhmədzadə (51 kq) və Ramiz Məmmədov (54 kq) isə dünya çempionatını 3-cü
yerdə başa vurublar.