![](https://static.neftchi.org/uploads/1668683738_mmm.jpg)
On dörd yaşlılardan ibarət futbolçular arasında növbəti turun oyunları keçirilib.”Neftçi İdman Klubu”nu Neftçala rayonunda təmsil edən və cənub bölgəsində mübarizə aparan komandamız (U-14) bu tur çərçivəsində “Masallı” ilə üz-üzə gəlib. Təmsilçimizin aşkar üstünlüyü ilə müşayiət olunan qarşılaşma komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 9:1.