Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan daha bir cüdoçusu uğurla çıxış edərək finala qədər irəliləyib. İdmançımız Hidayət Heydərov (73 kq) həlledici qarşılaşmada kanadalı Artur Margelidonla üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Xatırladaq ki, yarışın ilk günündə klubumuzun yetirmələrindən Balabəy Ağayev (60 kq) qızıl, Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıb.Qeyd edək ki, noyabrın 6-da başa çatacaq “Böyük dəbilqə” turnirində 64 ölkədən 406 idmançı medallar uğrunda mübarizə aparır.