İspaniyanın Pontevedra şəhərində iyirmi üç yaşadək (U-23) güləşçilər arasında keçirilən dünya çempionatı sona yetib.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan güləşçiləri mundialın 3 medalına (2 gümüş, 1 bürünc) sahib olublar.Yunan-Roma güləşçilərimizdən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) mötəbər yarışın gümüş medalını qazanıblar.Sərbəst güləşçilərimizdən isə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam İlyasov dünya çempionatının bürünc medalına layiq görülüb.