“Neftçi İdman Klubu”nun cüdoçusu Balabəy Ağayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medala sahib çıxıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə yığmadakı komanda yoldaşı Turan Bayramova qalib gəlib.Qeyd edək ki, dünyanın 66 ölkəsindən 428 cüdoçunun qatıldığı mötəbər yarışa oktyabrın 23-də yekun vurulacaq.