Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Hidayət Heydərov mundialın bürünc medalına sahib olub. Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada israilli Tohar Butbul ilə üz-üzə gəlib. Görüşün əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə rəqibinə ipponla qalib gələn Hidayət Heydərov dünya çempionatında Azərbaycana ilk medalı qazandırıb.Qeyd edək ki, mundialda 82 ölkədən 572 cüdoçu qalib adı uğrunda mübarizə aparır.