SOCAR-ın dəstəyi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən və 20 sentyabr – Neftçilər gününə həsr olunan SOCAR-2022 mini-futbol turnirində yarımfinal mərhələsinin oyunları baş tutub. Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil olunan qarşılaşmalarda”Azneft” İstehsalat Birliyinin komandası “SOCAR Dounstrim”lə,”SOCAR AQŞ” isə Təhlükəsizlik İdarəsinin komandası ilə üz-üzə gəlib.”Azneft”- “SOCAR Dounstrim” görüşündə hesab açılmadığından penalti seriyasına müraciət olunub. Yekunda matç “SOCAR Dounstrim”in 8:7 hesablı qələbəsi ilə yekunlaşıb və adıçəkilən komanda finala yüksəlib.”SOCAR AQŞ” ilə Təhlükəsizlik İdarəsi arasında keçirilən oyunda isə Təhlükəsizlik İdarəsi rəqibinə 3:2 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib.Beləliklə, final qarşılaşmasında “SOCAR Dounstrim” və Təhlükəsizlik İdarəsinin komandaları qalib adı uğrunda mübarizə aparacaqlar. “Azneft” İB və “SOCAR AQŞ” komandaları isə bürünc medalları təmin ediblər.Qeyd edək ki, turnirdə I, II və III yeri tutmuş komandalar, eləcə də “ən məhsuldar oyunçu” və “ən yaxşı qapıçı” nominasiyaları üzrə qalib olmuş futbolçular SOCAR-ın diplomları, “Neftçi İdman Klubu” İctimai Birliyinin müvafiq dərəcəli mükafatları, medalları və kuboku ilə təltif ediləcəklər.