Polşanın Krotoşin şəhərində sumo idman növü üzrə böyüklər arasında keçirilən Avropa çempionatına yekun vurulub.”Neftçi İdman Klubu”nun sumoçusu Camal Feyziyev yarışda ilk görüşdə Dünya Oyunlarının qalibi olan ukraynalı idmançıya məğlub olsa da, ardıcıl olaraq Gürcüstan, Macarıstan və Polşa təmsilçiləri üzərində inamlı qələbə qazanıb və qitə çempionatının bürünc medalına layiq görülüb.Xatırladaq ki, Camal Feyziyev daha əvvəl eyni məkanda təşkil olunan sumo üzrə U-23 Avropa birinciliyində müxtəlif kateqoriyalarda 1 qızıl və 1 gümüş medala sahib olmuşdu.