“Neftçi İdman Klubu”nun paracüdoçuları İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında əzmlə mübarizə apararaq 6 medala (1 qızıl, 5 bürünc) yiyələniblər.Təmsilçilərimizdən İlham Zəkiyev (+90 kq, J1) inamla çıxış edərək bütün rəqiblərinə qalib gəlib və çempionatın qızıl medalına sahib olub. Bununla da ikiqat paralimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub. Klubun digər yetirmələrindən İsmayıl Muradov (60 kq, J1), Namiq Abaslı (73 kq, J2), Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə nüfuzlu yarışın bürünc medalına layiq görülüblər.”Neftçi İdman Klubu”nun baş meneceri Elmar Babanlı çempionatda Beynəlxalq Görmə Məhdudiyyətli Şəxslərin İdman Assosiasiyası (İBSA) Cüdo Komitəsinin Avropa üzrə koordinatoru qismində iştirak edib.Qeyd edək ki, yarış Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xaraxteri daşıyırdı.