“Neftçi İdman Klubu”nun daha iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya birinciliyində uğurla çıxış edib.Altmış yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Abdullazadə yarımfinalda qazaxıstanlı Məhəmməd Qoşqarı məğlubiyyətə uğradaraq finala yüksəlib.O, qızıl medal uğrunda görüşdə gürcüstanlı Nika Broladze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Kənan Abdullazadə dünya çempionu adını qazanıb.Klubumuzun digər yetirməsi, 60 kiloqram çəki dərəcəsində çıxış edən Nihat Məmmədli isə dünya birinciliyini üçüncü pillədə başa vurub.Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçisi Zirəddin Bayramov (65 kq) mötəbər yarışın gümüş, yunan-Roma güləşçisi Nihad Quluzadə (55 kq) isə qızıl medalına layiq görülüb.