“Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan cüdoçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 4 medala (1 qızıl, 2 gümüş, 1 bürünc) yiyələniblər.Təmsilçilərimizdən 60 kiloqram çəki dərəcəsində çıxış edən Balabəy Ağayev finalda özbəkistanlı idmançı Kamran Nurullayevə ipponla qalib gəlib və mötəbər yarışın qızıl medalına sahib olub. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Nəriman Mirzəyev (73 kq) və Könül Əliyeva (48 kq) gümüş medala layiq görülüblər. Klubumuzun digər yetirməsi Telman Vəliyev (73 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.Qeyd edək ki, bununla da “Neftçi İdman Klubu”nun təmsilçilərinin nüfuzlu yarışda qazandıqları medalların sayı on üçə çatıb.