“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən 20 sentyabr – Neftçilər gününə həsr olunmuş SOCAR-2022 mini-futbol turnirinin açılış mərasimi olub.Bakı Olimpiya Stadionunun örtülü meydançasında təşkil olunan tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlov iştirak ediblər.Mərasimdə Xalik Məmmədov çıxış edib:”Hörmətli həmkarlar, hörmətli futbolsevərlər! İdmanın inkişafı Azərbaycanda daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən, demək olar ki, bütün regionlarda idman olimpiya kompleksləri tikilərək əhalinin istifadəsinə verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində demək olar ki, Azərbaycanın hər bir məktəbində yeni idman qurğuları, bağlı idman meydançaları inşa olunub və Azərbaycan əhalisinin, idmansevərlərin istifadəsinə verilib. Bu idman qurğuları, bu imkanlar ölkəmizdə idmanın kütləviliyinə, kollektiv əməyə, mübarizliyə, komanda ruhunun inkişafına böyük töhfə verir.SOCAR olaraq biz də idmanın inkişafına daim qayğı ilə yanaşırıq. Yeri gəlmişkən, SOCAR-ın prezidenti Rövşən Nəcəfin salamlarını sizlərə çatdırmaq istəyirəm. SOCAR-da idmana daim qayğı göstərilir. Bu mini-futbol turnirinin keçirilməsi də SOCAR rəhbərliyinin, İdarə Heyətinin idmana, futbola qayğısının bariz nümunəsidir.Bu gün açılışını etdiyimiz mini-futbol turniri Azərbaycan Dövlət Neft Şirkətinin yaranmasının 30 illiyinə həsr olunub. Bilirsiniz ki, sentyabrın 20-də Neftçilər günü peşə bayramı qeyd olunacaq və həmin gün həm də SOCAR-ın yaradılmasının 30 illik yubileyidir. Turnirin final görüşü sentyabrın 19-da təşkil olunacaq və Neftçilər günündə artıq bizim turnirin qalibləri məlum olacaq. SOCAR-ın İdarə Heyətinin üzvləri adından sizin hamınızı təbrik edirəm, hər bir komandaya uğurlar arzulayıram. Ən mübariz, daha layiqli komanda qalib gəlsin və ümumiyyətlə, idman qalib gəlsin, sağlamlıq qalib gəlsin. Bizə sizin burada iştirakınız, idmanın kütləviliyi daha vacibdir. Uğurlar hamınıza! Sağ olun.”Açılış mərasimi bitdikdən sonra birinci turun oyunlarına start verilib. Yarışın gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən ilk günündə aşağıdakı nəticələr qeydə alınıb:Neft Kəmərləri İdarəsi – BOS Şelf – 2:4UBOC – “Azəriqaz” İB – 1:2SOCAR Dalğıc – SOCAR Fuqro – 6:1Metanol Zavodu – SOCAR Polimer – 0:2″Azneft” İB – SOCAR AQŞ – 6:0″Qaz İxrac” İdarəsi – Sosial İnkişaf İdarəsi – 5:1SOCAR KBR – ƏŞNİİ – 5:2İTRİ – EKOL- 0:2