Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan yunan-Roma güləşçiləri bu gün mötəbər yarışın daha 3 medalına yiyələniblər.Təmsilçilərimizdən Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidaxmetov (4:1) və türkiyəli Ayhan Karakuşa (10:7) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə qırğızıstanlı Jolaman Şarşenbekova məğlub olub və nüfuzlu yarışın gümüş medalına layiq görülüb.Həsrət Cəfərov (67 kq) iranlı Məhəmməd Cavad Rezayi (10:3) və türkmənistanlı Beqmurat Nobatovu (9:1) üstələyərək finala vəsiqəni təmin edib. İdmançımız son görüşdə qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib. Rəqibinə qalib gələn Həsrət Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Klubumuzun digər güləşçisi Sənan Süleymanov (77 kq) iranlı Amin Kaviyaninejad (4:0) və tunisli Lamjed Maafi (4:3) üzərində əldə etdiyi qələbələrlə finala yüksəlib. O, həlledici görüşdə qırğızıstanlı Akjol Mahmudova məğlub olub və ikinci yeri tutub.Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən Hacı Əliyev və Turan Bayramov İslamiadanın qalibi olublar. Yunan-Roma güləşçilərimizdən isə Eldəniz Əzizli qızıl, Ülvü Qənizadə isə gümüş medal qazanıb.