İtaliyanın paytaxtı Romada keçirilən on yeddi yaşadək güləşçilərin (U-17) dünya birinciliyi başa çatıb.Mundialın son günündə “Neftçi İdman Klubu”nun daha bir sərbəst güləşçisi mükafatçılar arasında yer alıb. Yetmiş bir kiloqram çəki dərəcəsində mübarizə aparan Ağanəzər Novruzov avstriyalı Məhəmməd İnşapiyevə, ukraynalı Timur Yusova və Nikolos Maysuradzeyə qalib gələrək yarımfinala yüksəlib. Ancaq o, finalın bir addımlığında italiyalı Raul Kasoya minimal hesabla məğlub olub. Ağanəzər Novruzov bürünc medal uğrunda qarşılaşmada hindistanlı Narender Narenderə qalib gəlib və dünya üçüncüsü olub.Xatırladaq ki, mundialın əvvəlki günlərində klubumuzun daha bir yetirməsi İlyas İsayev (65 kq) dünya çempionu olub.