“Neftçi İdman Klubu”nun cüdoçusu Fidan Əlizadə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) qızıl medala sahib olub. Əlli yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda niderlandlı Yuliya Berskens üzərində qələbə qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycanın mötəbər turnirdə ilk qızıl medalı olub.Klubumuzun digər yetirməsi Aydan Vəliyeva (52 kq) isə bürünc medal uğrunda qarşılaşmada böyük britaniyalı Şarlotta Cenmanı məğlubiyyətə uğradıb və nüfuzlu yarışı üçüncü pillədə başa vurub.Xatırladaq ki, daha əvvəl “Neftçi İdman Klubu”nun iki cüdoçusu – Nurlan Kərimli (60 kq) və Könül Əliyeva (48 kq) Avropa Gənclər Yay Olimpiya Festivalında gümüş medala yiyələnib.